Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyində Atatürkü anma günü, gənclik və idman bayramı qeyd olunub

Türkiyənin Azərbaycandakı səfirliyində Atatürkü anma günü, gənclik və idman bayramı qeyd olunub
# 20 may 2011 15:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Atatürkü anma günü, gənclik və idman bayramı qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə səfir Hulusi Kılıç da iştirak edib. Səfir çıxışında qeyd edib ki, Mustafa Kamal Atatürk hər zaman gənclərə dəstək olub: “Atatürk hər zaman gənclərə güvənərdi. Bütün qurduqlarını gənclər üçün edib, onlara yadigar qoydu. Atatürk deyirdi ki, cümhuriyyəti mən qurdum, siz yaşadacaqsınız. Bir ölkənin gələcəyi məhz gəncləri ilə bağlıdır”.
Azərbaycanın möhtəşəm gəncliyinin olduğunu deyən səfir bildirib ki, ölkənin gələcəyini gəncliyə etibar etmək olar: “Biz hər zaman qardaş ölkə olaraq sizin yanınızdayıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR