Bank Of Baku

Almaniyanın Azərbaycandakı səfirliyi Beynəlxalq Parlament təqaüdünün alınması üçün sənəd qəbulu elan edib

Almaniyanın Azərbaycandakı səfirliyi Beynəlxalq Parlament təqaüdünün alınması üçün sənəd qəbulu elan edib
# 21 may 2011 09:24 (UTC +04:00)
Bakı. Habil Süleymanov - APA. Almaniyanın Azərbaycandakı səfirliyi Beynəlxalq Parlament təqaüdünün alınması üçün sənəd qəbulu elan edib. APA-nın məlumatına görə, Almaniya parlamenti üç yerli ali məktəblə bərabər, Azərbaycan vətəndaşlarını da beynəlxalq parlament təqaüdü proqramı çərçivəsində beş aya Berlin şəhərinə dəvət edir. Bildirildiyinə görə, bu proqram öz ölkəsinin demokratik gələcəyinin formalaşmasında fəal sürətdə iştirak etmək istəyən, yüksək ixtisaslı və siyasətə maraq göstərən gənc qadınlar və kişilər üçün nəzərdə tutulub. Alman parlamenti gənclərə Bundestaq üzvünün yanında 15 həftəlik fəaliyyət ərzində Almaniyanın parlament sistemi və siyasi qərar vermə prosesləri ilə tanış olmağa və parlament işi sahəsində praktiki təcrübəyə malik olmağa imkan yaradır. Ərizələrin qəbulu iyulun 31-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR