Bank Of Baku

Şimal bölgəsində ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı elmi-praktik konfrans keçirilib

Şimal bölgəsində ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı elmi-praktik konfrans keçirilib
# 21 may 2011 10:30 (UTC +04:00)
Xaçmaz. Zaur Quliyev – APA. Xaçmaz rayonunda şimal bölgəsindəki ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı elmi-praktik konfrans keçirilib. APA-nın şimal bürosunun məlumatına görə, konfransda təhsil naziri Misir Mərdanov, rayon rəhbərliyi, bölgədəki təhsil şöbələrinin müdirləri və məktəb direktorları iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov başa çatmaqda olan tədris ili ərzində ümumi təhsillə bağlı xeyli işlərin görüldüyünü diqqətə çatdırıb. Təhsil naziri çıxışında son vaxtlar ölkədə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirildiyini qeyd edib. Nazir bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq işlər gördüyünü və baş verə biləcək neqativ halların aradan qaldırılması istiqamətində xüsusi tədbirlərin həyata keçirildiyini söyləyib. Sonda nazir Misir Mərdanov konfrans iştirakçılarına xüsusi tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR