Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı ilə əlaqədar iməcilik keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı ilə əlaqədar iməcilik keçirilib
# 21 may 2011 11:21 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramı ilə əlaqədar Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirilib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iməcilikdə nazirliyin əməkdaşları iştirak edərək 5 hektar sahədə 3000 ədəd zeytun ağacı əkiblər. Peşə bayramı ilə bağlı iməciliklər respublikanın yerli meşə təsərrüfatlarında, o cümlədən Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarlarında da keçirilib.
ETSN hər bir vətəndaşı yaşıllıqların qorunmasında diqqətli olmağa, onların yararsız vəziyyətə düşməsinə şərait yaradan hallara biganə qalmamağa çağırıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Azərbaycanda hər il 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR