Bank Of Baku

Yaxın günlərdə “Xarici ölkələrə tələbələrin göndərilməsi üzrə” Dövlət Proqramının icrası ilə bağlı sənəd qəbulu elan olunacaq

Yaxın günlərdə “Xarici ölkələrə tələbələrin göndərilməsi üzrə” Dövlət Proqramının icrası ilə bağlı sənəd qəbulu elan olunacaq
# 21 may 2011 12:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bu haqda jurnalistlərə təhsil nazirinin müavini Elmar Qasımov bildirib. Nazir müavininin sözlərinə görə, yaxın günlərdə sənədlərin qəbulu prosesinə başlanılacaq və bu prosedur avqust ayına qədər davam edəcək.

E. Qasımov qəbulda edilən yeniliklər haqqında danışaraq bildirib ki, bu il prioritet ixtisaslar elan ediləcək: “Əsas prioritet ixtisaslar tibb üzrədir. Mühəndisliyin bütün istiqamətləri – sənaye, kompüter mühəndisliyi, turizm, otelçilik, fundamental elmlər, texnologiya, genetika, mühasibat uçotu ixtisasları və sairə bu il prioritet ixtisaslar elan olunub”.

Nazir müavini qeyd edib ki, proqram üzrə dövlət ali təhsil müəssisəsinə qəbul olunanlar da sənəd verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR