Bank Of Baku

Strateji Araşdırmalar Mərkəzində “Xaricdə təhsil alan tələbələr və Azərbaycançılıq” adlı debat keçirilib

Strateji Araşdırmalar Mərkəzində “Xaricdə təhsil alan tələbələr və Azərbaycançılıq” adlı debat keçirilib
# 21 may 2011 12:32 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Azərbaycan Gənclərinin 6-cı Forumu ərəfəsində “Xaricdə təhsil alan tələbələr və Azərbaycançılıq” adlı debat keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, debatların keçirilməsində məqsəd gəncləri maraqlandıran və onların gələcəyinə təsir göstərən məsələlərin həllində fəal iştirakının təminidir. Təhsil nazirinin müavini Elmar Qasımov isə qeyd edib ki, dövlət proqramlarının hazırlanmasında gənclərin təkliflərinə böyük ehtiyac var. Nazir müavini “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın hazırlanmasında ictimai rəyin, tələbə və gənclərin təkliflərinin nəzərə alınacağını bildirib.

“Xaricdə təhsil alan tələbələr və Azərbaycançılıq” adlı debatda Xaricdə təhsil alan azərbaycanlı tələbələr İctimai Təşkilatının (ASAİF) üzvləri, aspirantlar, gənc alimlər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR