Bank Of Baku

Yaponiya səfirliyinin nümayəndəsi və “Ot kökləri və insan təhlükəsizliyi” Qrant Proqramının koordinatoru “İRƏLİ” Gənclik Mərkəzində olublar - FOTO

Yaponiya səfirliyinin nümayəndəsi və “Ot kökləri və insan təhlükəsizliyi” Qrant Proqramının koordinatoru “İRƏLİ” Gənclik Mərkəzində olublar - <font color=red>FOTO</font>
# 21 may 2011 13:31 (UTC +04:00)
Bakı-APA. Yaponiyanın Azərbaycandakı səfirliyinin İqtisadi işlər və Əməkdaşlıq şöbəsinin rəhbəri Kotaro Matsuzava və “Ot kökləri və insan təhlükəsizliyi” Qrant Proqramının koordinatoru Yoşiko Ozava “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olublar. “İRƏLİ” İctimai Birliyindən APA-ya verilən məlumata görə, ilk öncə qonaqlar Mərkəzin fəaliyyəti ilə tanış olublar. Daha sonra “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, Layihələr və korporativ sektorla əlaqələr üzrə katib Azər Məhərrəmov və Beynəlxalq əlaqələr və beynəlxalq proqramlar üzrə katib Cavid Osmanlının iştirakı ilə keçirilmiş dəyirmi masada təşkilatın fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə qonaqlara geniş məlumat verilib. Qonaqlar gənclər üçün təşkilatda yaradılmış demokratik mühitdən məmnun qaldıqlarını söyləyiblər.
Sonda “Ot kökləri və insan təhlükəsizliyi” Qrant Proqramı çərçivəsində “İRƏLİ” İctimai Birliyi ilə yaxın gələcəkdə əməkdaşlıq haqında razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR