Bank Of Baku

Azərbaycanda ədliyyə orqanlarına qulluğa qəbulla əlaqədar keçirilən test imtahanının nəticələri açıqlanıb

Azərbaycanda ədliyyə orqanlarına qulluğa qəbulla əlaqədar keçirilən test imtahanının nəticələri açıqlanıb
# 21 may 2011 14:00 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ədliyyə Nazirliyi ilə birlikdə bu gün ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanın nəticələri saat 15:45-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. Test imtahanının nəticələrinə əsasən 124 nəfər müsabiqə şərtini ödəyərək (55 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

Qeyd edək ki, imtahan Azərbaycan Texniki Universitetinin idman zalında saat 10:00-da başlanıb və 3 saat ərzində aparılıb. İmtahanda iştirak etmək istəyən 258 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 245 nəfəri imtahanda iştirak edib, 13 nəfər imtahana gəlməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR