Bank Of Baku

Bakıda “İnsan alverinin qarşısının alınması üzrə yeniyetmə və gənclər üçün” Yay Məktəbi təşkil olunacaq

Bakıda  “İnsan alverinin qarşısının alınması üzrə yeniyetmə və gənclər üçün” Yay Məktəbi təşkil olunacaq
# 21 may 2011 14:14 (UTC +04:00)
Bakı. Habil Süleymanov - APA. İyunun 20-dən 26-na kimi BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə Bakıda “İnsan alverinin qarşısının alınması üzrə yeniyetmə və gənclər üçün” Yay Məktəbi təşkil olunacaq. APA-nın məlumatına görə, məktəbin təşkili işi Azərbaycan Uşaq Birliyinə həvalə olunub. Tədbirin əsas məqsədi yeni nəsil nümayəndələri arasında insan alveri probleminin mahiyyətinin dərk edilməsini artırmaqdır. Yay Məktəbi Beynəlxalq Miqrasiya Təşkilatının “İnsan alveri barədə maarifləndirmənin genişləndirilməsində orta məktəb təhsili” layihəsi çərçivəsində həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR