Bank Of Baku

Şirvanda bodibildinq üzrə respublika çempionatı keçirilib - FOTO

Şirvanda bodibildinq üzrə respublika çempionatı keçirilib - <font color=red>FOTO</font>
# 21 may 2011 14:53 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı – APA. Bu gün Şirvan şəhərində bodibildinq üzrə respublika çempionatı keçirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Bodibildinq Federasiyası, İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə keçirilən çempionatda bodibildinq üzrə Avropa çempionu, beynəlxalq yarışların mükafatçısı və dəfələrlə respublika çempionu olmuş Vüqar Verdiyev növbəti dəfə respublika kubokuna yiyələnib.
Bakı bodibildinq məktəbinin yetirmələri Raqif Bayramov ikinci, Kənan Nəcəfov üçüncü yerə layiq görülüblər.
Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyatəliyev APA-ya açıqlamasında bildirib ki, bodibildinq üzrə növbəti dünya çempionatı Serbiyada keçiriləcək və bu çempionata Azərbaycan yeni iştirakçılarla qatılacağıq. İkinci yerin sahibi Raqif Bayramov yığma komandaya qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR