Bank Of Baku

Lənkəranda ağacəkmə kampaniyası keçirilib

Lənkəranda ağacəkmə kampaniyası keçirilib
# 21 may 2011 14:56 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaranmasının 10 illiyi münasibəti ilə bu gün Azərbaycanın Lənkəran rayonunda ağacəkmə kampaniyası keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, rayon Meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən həyata keçirilən aksiyada müəssisəsinin 50-ə yaxın işçisi iştirak edib. Səhər saatlarından start götürən kampaniya zamanı Lənkəran şəhərinin müxtlif ərazilərində cənub bölgəsinin təbiətinə uyğun olan 1000-ə yaxın dəmirağacı, ağcaqayın, cökə, şam və s. növ ağac əkilib.
Aksiya zamanı, həmçinin ötən il əkilən ağaclara da aqrotexniki qaydada qulluq göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR