Bank Of Baku

Vergi orqanlarında işləmək istəyənlər üçün keçirilən test imtаhаnlarının nəticələri açıqlanıb

Vergi orqanlarında işləmək istəyənlər üçün keçirilən test imtаhаnlarının nəticələri açıqlanıb
# 23 may 2011 09:47 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanın nəticələrini açıqlayıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyata alınan 1618 nəfər namizəddən 1274 nəfəri imtahanda iştirak edib, 344 nəfər imtahana gəlməyib.

İmtahanın nəticələrinə əsasən, 290 nəfər müsabiqə şərtini ödəyib və müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.

Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasından imtahan nəticələrinə dair arayış təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR