Bank Of Baku

Miqrasiya orqanlarına qulluğa qəbul üzrə test imtahanının nəticələri açıqlanıb

Miqrasiya orqanlarına qulluğa qəbul üzrə test imtahanının nəticələri açıqlanıb
# 23 may 2011 09:53 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün namizədliyi qeydə alınan 528 nəfərdən 454 nəfəri imtahanda iştirak edib, 74 nəfər isə imtahana gəlməyib.

Test imtahanının nəticələrinə əsasən 43 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR