Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Facebook” şəbəkəsində rəsmi səhifəsi açılıb

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Facebook” şəbəkəsində rəsmi səhifəsi açılıb
# 23 may 2011 10:23 (UTC +04:00)
Bakı-APA. “Sosial şəbəkələrin Azərbaycan cəmiyyətinin və beynəlxalq ictimaiyyətin həyatında tutduğu yeri nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Facebook” sosial şəbəkəsində rəsmi səhifəsini yaradıb”. Bu barədə APA-ya komissiyanın mətbuat xidmətindən bildirilib. Səhifə www.facebook.com/civilserviceofazerbaijan ünvanında yerləşir.
Səhifədə komissiyanın fəaliyyəti haqqında məlumat öz əksini tapacaq, keçirilən müsabiqə və müsahibələr, təlim, konfrans, seminarlar barədə dolğun məlumat veriləcək, komissiya rəhbərliyinin mətbuatda çıxışları təqdim olunacaq. Eyni zamanda vətəndaşların komissiyanın fəaliyyəti ilə bağlı fikirləri də şəbəkə vasitəsilə öyrəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR