Bank Of Baku

Azərbaycan xilasediciləri beynəlxalq təlim-seminarda iştirak edir

Azərbaycan xilasediciləri beynəlxalq təlim-seminarda iştirak edir
# 23 may 2011 10:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan xilasediciləri xilasetmə dəstələrinin 16-cı “Kazspas-2011” beynəlxalq təlim-seminarında iştirak edir. APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu gün Almatıda təlimlərin təntənəli açılışı keçirilib. Tədbirə Qazaxıstan və Azərbaycanla yanaşı, Rusiya, Qırğızıstan və Tacikistandan xilasedicilər, eləcə də ABŞ-ın Arizona ştatının Milli Qvardiyasından və Çexiya Daxili İşlər Nazirliyindən olan müşahidəçilər qatılıb.
İyunun 2-nə qədər davam edəcək təlimdə texnogen uçqunlar, zəlzələ, aviaqəza, dəmir yolu qəzaları, yanğınlar, kimyəvi maddə istehsal edilən müəssisələrdə qəzalar zamanı xilasetmə işləri və digər təxirəsalınmaz tədbirlərin görülməsi metodları sınaqdan keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR