Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub - <font color=red>FOTO</font>
# 23 may 2011 11:04 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramı münasibətilə nazirliyin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlikdə peşə bayramına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan nazir Hüseyn Bağırov ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirib və nazirliyin fəaliyyət göstərdiyi 10 il ərzində görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə nazirliyin 13 əməkdaşını “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edib.
Sonda ETSN işçilərinin ölkə Prezidentinə müraciəti qəbul olunub.
Qeyd edək ki, Heydər Əliyevin 23 may 2001-ci il tarixli fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı sərəncama uyğun hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR