Bank Of Baku

BDU-da “Türk dünyası: dünəni və bu günü” adlı beynəlxalq konfrans keçirilir

BDU-da  “Türk dünyası: dünəni və bu günü” adlı beynəlxalq konfrans keçirilir
# 23 may 2011 11:11 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) “Türk dünyası: dünəni və bu günü” adlı beynəlxalq konfrans başlayıb. APA-nın məlumatına görə, BDU-nun tarix fakültəsinin və Azərbaycan Tarix Qurumunun (ATQ) təşkil etdiyi konfransda xarici ölkələrdən 30-a yaxın alim iştirak edir.
Konfransda çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, tədbirdə türk dünyasının tarixi, mənbəşünaslıq və tarixşünaslıq haqqında fikir mübadiləsi aparılacaq və gələcəkdə bircə təşkilat işləri planlaşdırılacaq: “Hazırda dünyada türk dünyasına, o cümlədən Azərbaycana maraq artır. Azərbaycanın son illər əldə etdiyi uğurlar alimlərin marağına səbəb olub. Bu baxımdan Amerika, Yaponiya, Rusiya, Türkiyədən dəvət edilmiş alimlər konfransa böyük maraqla qatılıblar”. Universitet rektorunun sözlərinə görə, fikir mübadiləsi əsasında “Türk dünyası: dünəni və bu günü” prinsipləri çərçivəsində yeni elmi nəticələr ortaya qoymaq mümkün olacaq.

ATQ-nın sədri Tofiq Mustafazadə isə bildirib ki, konfransda türklərin qədim tarixinin problemləri, qədim və orta əsirlərdə türk dövlətləri arasında münasibətlər və sair mövzularda məruzələr dinləniləcək. O cümlədən qonaqların Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə və “İçərişəhər” qoruğuna ekskursiyası təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR