Bank Of Baku

Azərbaycanda dövlət qulluqçularının 28,3%-ni qadınlar təşkil edir

Azərbaycanda dövlət qulluqçularının 28,3%-ni qadınlar təşkil edir
# 23 may 2011 11:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Cari il yanvar ayının 1-nə Azərbaycanda dövlət qulluğuna aid vəzifələrdə çalışan işçilərin sayı əvvəlki ilin yanvarın 1-i vəziyyəti ilə müqayisədə 0,6% artaraq 28,6 min nəfər olub ki, onların da 28,3%-ni qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, dövlət qulluğunda işləyənlərin 3%-i inzibati vəzifələrin 1-4-cü təsnifatı üzrə, 78,4%-i 5-9-cu təsnifatı üzrə, 18,6%-i isə dövlət qulluğunun yardımçı vəzifələrində işləyir.

Dövlət qulluğu vəzifələrində işləyənlərin 6,9%-i 1 ilə qədər, 25,1%-i 1 ildən 5 ilə qədər, 24,2%-i 5 ildən 10 ilə qədər, 17,8%-i 10 ildən 15 ilə qədər, 26%-i isə 15 və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçuları vəzifələrində işləyənlərin yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olan qulluqçular 16,3%, 30-34 yaşda olan qulluqçular 13,1%, 35-44 yaşda olan qulluqçular 22,2%, 45-54 yaşda olan qulluqçular 30,6%, 55-61 yaşda olan qulluqçular 13,4%, 62 və yuxarı yaşda olan qulluqçular 4,4% təşkil edir. İşləyənlərin əsas hissəsi (52,8%-i) 35-54 yaşda olanlardır.

Komitənin məlumatında deyilir ki, 5-9-cu təsnifat üzrə inzibatı vəzifələrdə çalışanların 15,5%-ni şöbə müdirləri, 10,4%-ni şöbə müdirinin müavinləri, 8,3%-ni sektor müdirləri, 24,8%-ni baş məsləhətçilər, 5,2%-ni böyük məsləhətçilər, 14%-ni aparıcı məsləhətçilər və 21,8%-ni məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 92% komplektləşdirilib.

Ötən il dövlət qulluğu vəzifələrini tutmuş işçilərin orta aylıq əmək haqqı 425,7 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR