Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliklər layihəsi parlamentdə baxılmaq üçün tövsiyə olunub

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliklər layihəsi parlamentdə baxılmaq üçün tövsiyə olunub
# 23 may 2011 12:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2011-ci il büdcəsi haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub.

APA-Economics”in məlumatına görə, DSMF sədri Səlim Müslümov bildirib ki, «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik olunub. Bu dəyişikliklə 2006-cı il 1 yanvar tarixinədək və 2010-cu il 1 yanvaradək pensiyaya çıxanların pensiyalarının yeni qaydalarla hesablanmasına başlanacaq: «Bu dəyişikliyin həyata keçirilməsi üçün DSMF-yə 1 iyul tarixindən etibarən əlavə olaraq 195 milyon manat vəsait lazımdır. Dəyişiklikdə həmin artım əksini tapaıb».

Dəyişiklik layihəsi parlamentin iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR