Bank Of Baku

Masallı rayonunda 80 hektarlıq meşə ərazisi gəmiricilərin hücumuna məruz qalıb

Masallı rayonunda 80 hektarlıq meşə ərazisi gəmiricilərin hücumuna məruz qalıb
# 23 may 2011 15:16 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Azərbaycanın Masallı rayonunda meşə zolağının 80 hektarlıq ərazisi müxtəlif növ gəmirici həşəratların hücumuna məruz qalıb. APA-nın cənub bürosunun məlumatına görə, ziyanvericilər ağacların yarpaqlarını yeyərək, onların inkişafının qarşısını almağa səbəb olub. Masallı Rayon Meşə Bərpası və Mühafizəsi Müəssisəsinin mütəxəssisləri bildiriblər ki, analoji vəziyyət 6 il bundan əvvəl də müşahidə olunub. Həmin vaxt vaxtında görülən qabaqlayıcı tədbirlərdən sonra gəmiricilərin geniş ərazilərdə yayılmasının qarşısı alınıb. Bu il isə havaların anomal keçməsi, rayon ərazisində qış fəslində qarın yağmaması və istilərin qəfildən düşməsi ziyanverici həşəratların yenidən ərazidə yayılmasına şərait yaradıb. Mövcud vəziyyət barədə artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də məlumatı var. Nazirlik tərəfindən bu gün Masallıya göndərilən dərman preparatları ilə gəmiricilərlə mübarizə tədbirlərinə başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR