Bank Of Baku

Rus bölməsi abituriyentlərinin “Azərbaycan dili” fənni üzrə imtahanının nəticələri açıqlanıb

Rus bölməsi abituriyentlərinin “Azərbaycan dili” fənni üzrə imtahanının nəticələri açıqlanıb
# 23 may 2011 15:44 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində keçirdiyi imtahanın nəticələrinin açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanın nəticələrinə görə, 8696 nəfər “məqbul” qiymət alıb.

İmtahanda iştirak etmək üçün 10275 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı şəhərində 12, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçirilib. İmtahanın idarə olunması üçün 75 imtahan rəhbəri, 747 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlər iyunun 26-da keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında təkrarən iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR