Bank Of Baku

Nazirlər Kabineti «İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram»ı təsdiqləyib

Nazirlər Kabineti «İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram»ı təsdiqləyib
# 23 may 2011 15:45 (UTC +04:00)
Bura Azərbaycan ərazisində yaşamağa əsasları olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşamalarının leqallaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi, məcburi əməyin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi məqsədi ilə birgə monitorinqlərin keçirilməsi və müvafiq qərarların qəbul edilməsi, uşaqların mənəviyyatına, sağlamlığına və inkişafına zərər vuran informasiyalardan mühafizənin gücləndirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması və s. daxildir.

Bundan başqa, müvafiq qurumlara cari il ərzində övladlığa götürmə prosedurunun təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, 2011-2012-ci illər ərzində insan alverinə şərait yaradan sosial problemlərin təhlil edilməklə aradan qaldırılması üçün əlavə təkliflərin hazırlanması, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması məqsədi ilə müvafiq tədbirlərin görülməsi (bioloji və himayədar ailələrə verilməsi və ya digər alternativ xidmətlərə cəlb edilməsi), zərərli mühitlə əhatə olunan (inyeksion narkotik istifadəçiləri, nizamsız cinsi əlaqə tətbiq edən şəxslər, cinsi azlıqlar və s.) və insan alveri risk qrupuna daxil olan baxımsız qalmış uşaqlara və yeniyetmələrə hüquqi, psixoloji və tibbi yardımın, həmçinin sosial xidmətlərin göstərilməsi, onların təhsilə cəlb edilməsi, erkən nikah hallarının azaldılması məqsədi ilə maarifləndirmənin gücləndirilməsi, uşaqların, eləcə də digər yaş qrupuna mənsub vətəndaşların internetdən təhlükəsiz istifadə etmə qaydaları ilə bağlı maarifləndirilməsi və s. tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR