Bank Of Baku

Bakıda UNESCO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyası keçiriləcək

Bakıda UNESCO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyası keçiriləcək
# 23 may 2011 16:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Mayın 31-dən iyunun 2-dək Bakıda UNESCO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin 18-ci sessiyası keçiriləcək. APA-nın UNESCO-nun saytına istinadən xəbərinə görə, iclas Azərbaycan hökumətinin dəvəti ilə baş tutacaq.

Toplantıda insanın klonlaşdırılması və müxtəlif ölkələrin bu məsələyə münasibəti, xalq təbabəti və onun tətbiqinin etika aspektləri müzakirə olunacaq.

İclas günlərindən biri “Yaxın Şərqdə bioetika: toplanmış təcrübə, perspektivlər və yeni etik çağırışlar” mövzusuna həsr olunacaq.

Proqrama uyğun olaraq sessiyanın açılışında UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, təşkilatın baş direktoru İrina Bokova, Bioetika Komitəsinin sədri Donald Evans və AMEA-nın prezidenti Mahmud Kərimov çıxış edəcəklər.

Qeyd edək ki, UNESCO-nun Bioetika üzrə Beynəlxalq Komitəsi 1993-cü ildə yaradılıb. Buraya daxil olan 36 müstəqil ekspert həyata keçirilən elmi tədqiqatların hər bir insanın şərəf və hüquqlarına hörmət prinsipinə uyğunluğunu izləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR