Bank Of Baku

“Turizm ili” çərçivəsində mehmanxanalarda çalışanlar üçün təlim-tədris kursları təşkil edilir

“Turizm ili” çərçivəsində mehmanxanalarda çalışanlar üçün təlim-tədris kursları təşkil edilir
# 23 may 2011 16:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımvoa – APA. “Turizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Türk Əməkdaşlığı və İnkişaf İdarəsinin (TİKA) dəstəyi ilə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları təşkil edilir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar İsmayıllı rayonunda Peşə Tədris Mərkəzində xidmət sahəsi üzrə təlim-tədris kursları başlayıb və proses mayın 28-də kurslarda iştirak edən dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaq.

Həmçinin, Şimal bölgəsi üzrə cari ilin 01 - 10 iyun tarixlərində Xaçmaz rayonunda xidmət sahəsi üzrə təlim-tədris kurslarının keçirilməsi planlaşdırılır. Təlim-tədris kurslarında əsasən mehmanxana idarəçilərinin müəllimlik etməsinin, qeyd-qəbul, masa xidməti, xadiməçilik üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR