Bank Of Baku

Azərbaycanda əmək pensiyası alanların sayı 1,286 mln. nəfəri ötüb

Azərbaycanda əmək pensiyası alanların sayı 1,286 mln. nəfəri ötüb
# 24 may 2011 08:43 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA-Economics. Azərbaycanda bu il aprelin 1-nə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfər təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, əmək pensiyası alan şəxslərin 39%-i kişi, 61%-i isə qadındır. Onlardan 64%-i yaşa görə, 25%-i əlilliyə görə, 11%-i isə ailə başçısının itirilməsinə görə pensiya alır.

Qeyd edək ki, əmək pensiyası - “Əmək pensiyaları haqqında” qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR