Bank Of Baku

“Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri” mövzusunda mətbuat konfransı keçirilib

“Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri” mövzusunda mətbuat konfransı keçirilib
# 24 may 2011 11:10 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün “ELS” müstəqil araşdırmalar mərkəzinin təşkilatçılığı ilə “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri” mövzusunda mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən “ELS” müstəqil araşdırmalar mərkəzinin rəhbəri İradə Yaqubova uşaq yaradıcılıq mərkəzlərinin fəaliyyətindən danışıb: “Bizim mərkəz yanvar ayından icrasına başladığı “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində gənc nəslin təlim-tərbiyəsində incəsənətin rolunun araşdırıb. İbtidai sinif şagirdlərinin valideynləri arasında sorğu keçirilib. Sorğu zamanı incəsənətin uşaqların formalaşdırılmasında rolu respondentlər tərəfindən əsasən müstəsna hal kimi qiymətləndirilib. Valideynlərin yalnız iki faizi övladlarının dərnəklərə getdiyini bildiriblər. 76, 8 faiz isə uşaqların asudə vaxtın qıtlığından dərnəklərə gedə bilmədiklərini deyiblər”.

İradə Yaqubova Təhsil Nazirliyinin nəzdində 83 uşaq yaradıcılıq mərkəzinin fəaliyyət göstərdiyini bildirib: “Bu mərkəzlərdə ümumilikdə 89628 uşaq məşğul olur. Lakin mərkəzlərin fəaliyyətlərində bəzi problemlər var. İnsanlar həmin mərkəzlər barəsində məlumatsızdırlar. Onların maddi-texniki bazaları yoxdur, müasir elektron texnologiyalardan istifadə olunmur. Biz təklif edirik ki, Azərbaycanda mütləq uşaq televiziya kanalı açılmalıdır. Uşaq internet portalı yaradılmalıdır”.

Tədbirdə çıxış edən bəstəkar Oqtay Zülfüqarlı, aktyor Ağaxan Salmanov və başqaları problemin ciddiliyini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR