Bank Of Baku

Yaponiyalı oftalmoloqlar Ağdamda xəstələri müayinə və müalicə edəcəklər

Yaponiyalı oftalmoloqlar Ağdamda xəstələri müayinə və müalicə edəcəklər
# 24 may 2011 13:29 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə bir qrup yaponiyalı oftalmoloq bu gün Ağdam Mərkəzi Rayon Xəstəxanasında olublar.
Onlar məcburi köçkünlər arasında və aztəminatlı ailələrdə göz xəstəliklərindən əziyyət çəkən xəstələri müayinə ediblər. APA-nın Qarabağ bürosunun məlumatına görə, 6 nəfərdən ibarət həkim qrupu üç gün ərzində rayonda olacaq və bu müddət ərzində 900 nəfərdən çox xəstəni müayinə və müalicə edəcəklər. Müayinə və müalicə olunan xəstələrə təyin edilmiş diaqnozlar üzrə pulsuz eynəklər də veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR