Bank Of Baku

Qafqaz Universitetində 5 yeni laboratoriya istifadəyə verilib

Qafqaz Universitetində 5 yeni laboratoriya istifadəyə verilib
# 24 may 2011 15:10 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. Bu gün bp-nin dəstəyi ilə Qafqaz Universitetində 5 yeni laboratoriya istifadəyə verilib. APA-nın məlumatına görə, açılış mərasimində bildirilib ki, laboratoriyaların yaradılması bp-nin 2009-cu ildə Qafqaz Universiteti ilə əməkdaşlıq nəticəsində həyata keçirməyə başladığı təhsil təşəbbüsünün bir hissəsidir.

Tədbirdə çıxış edən “bp-Azerbaijan” şirkətinin vitse-prezidenti Seymur Xəlilov deyib ki, yeni açılan bu müəssisələr ümumi kimya, analitik kimya, üzvi kimya, kimya mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış və tam təchiz edilmiş tam laboratoriyalardır. Layihənin ümumi dəyəri 2 milyon 240 min dollardır. Vəsaitin 1 milyon 150 min dollarını bp, qalan hissəsini isə universitet təmin edib. Laboratoriyalar tələbələrin ölkə daxilində beynəlxalq standartlar səviyyəsində təhsil almasın şərait yaradacaq.

S. Xəlilovun sözlərinə görə, universitetdə kimya mühəndisliyi fakültəsi 2009-cu ildə yaradılıb və indiyədək fakültəyə 29 tələbə qəbul olunub. Tələbələrin 3 nəfəri prezident təqaüdçüləridir. Gələcəkdə universitetdə neft-qaz mühəndisliyi və mexanika mühəndisliyi fakültələrinin yaradılması da planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR