Bank Of Baku

Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlı gənclərinin sayında artım olacaq

Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlı gənclərinin sayında artım olacaq
# 24 may 2011 15:24 (UTC +04:00)
Bakı. Sevil Valehova-APA. “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan azərbaycanlı tələbələrin sayında artım olacaq”. Bu açıqlamanı APA-ya təhsil nazirinin müavini Elmar Qasımov verib. Onun sözlərinə görə, bu il dünyanın ən nüfuzlu ali məktəblərinin mühəndislik, turizm, tibb, aqrar elmlər və fundamental elmlərlə bağlı fakültələrə qəbul olunmuş gənclərin hamısının təhsili dövlət hesabına təmin ediləcək: “Bu ixtisaslara kvota qoyulmayacaq. Bu ixtisaslar üzrə dünyanın ən nüfuzlu universitetlərinə nə qədər çox tələbəmiz qəbul olunsa, biz onların təhsil almasını təmin edəcəyik”. E. Qasımov onu da qeyd edib ki, həmin məqsədlər üçün bu il Dövlət Neft Şirkəti tərəfindən 15 milyon manat vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR