Bank Of Baku

Elmar Qasımov: ““Dövlət qulluğu haqqında” qanuna dəyişikliklərin dəqiqləşdirilməsi prosesi gedir”

Elmar Qasımov: ““Dövlət qulluğu haqqında” qanuna dəyişikliklərin dəqiqləşdirilməsi prosesi gedir”
# 24 may 2011 15:46 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yaş həddi ilə bağlı “Dövlət qulluğu haqqında qanun”a edilən əlavə və dəyişikliklərin dəqiqləşdirilməsi prosesi gedir. APA-nın məlumatına görə, bu haqda jurnalistlərə təhsil nazirinin müavini Elmar Qasımov bildirib. E, Qasımovun sözlərinə görə, bu sənədin orta və ali məktəblərdə çalışan və yaşı 65-i ötən kadrlara hansı şəkildə təsir ediləcəyi haqda yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək: “Bu haqda qanun qəbul edilib. Amma qanunda müəyyən maddələr var ki, onun əsasında da müəyyən sənəd hazırlanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR