Bank Of Baku

Xaldan-Şəki- Balakən magistral qaz kəmərində sızmalar baş verib

Xaldan-Şəki- Balakən magistral qaz kəmərində sızmalar baş verib
# 24 may 2011 15:52 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. Sakinlərin APA-nın yerli bürosuna verdikləri məlumata görə, əhaliyə xəbərdarlıq edilmədən bu gün saat 14.00 radələrindən etibarən Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsi dayandırılıb.
Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin (MQKS) əməkdaşı Fəraim Hümmətov faktı təsdiqləyib. F. Hümmətov buna səbəb olaraq Xaldan-Şəki- Balakən magistral qaz kəmərinin 36, 38 və 102-ci kilometriklərində və Oğuz xəttinin 10-cu kilometrliyində qaz sızmalarının aşkar edilməsini göstərib. Hazırda Ağdaş MQKS-nin əməkdaşları ərazidə baş verən qaz sızmalarını aradan qaldırılması istiqamətindən təmir işləri aparır. Təmir başa çatdıqdan sonra bölgəyə təbii qazın verilməsi bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR