Bank Of Baku

Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə regional direktoru əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüşüb

Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə regional direktoru əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüşüb
# 24 may 2011 15:57 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA-Economics. Mayın 24-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Dünya Bankının Cənubi Qafqaz bölməsi üzrə regional direktoru Əsəd Alamın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata gərə, görüşdə Dünya Bankı ilə ƏƏSMN-in birgə həyata keçirdiyi layihələrin icrası sahəsində vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Ölkəmizdə icra olunan ünvanlı dövlət sosial yardımı proqramı barədə nümayəndə heyətinə ətraflı məlumat verən F.Ələkbərov bu sahədə görülən işlərin aztəminatlı əhali qruplarının rifahında müsbət dəyişikliklər yaratdığını qeyd edərək, Azərbaycan hökumətinin yoxsulluğun aradan qaldırılmasında aktiv tədbirlərə üstünlük verdiyini vurğulayıb. Bu istiqamətdə pilot layihə kimi həyata keçirilən “Özünədəstək” - birdəfəlik ünvanlı yardım layihəsindən söz açan nazir bu layihənin əhali, xüsusən kənd əhalisi tərəfindən rəğbətlə qarşılandığını, layihənin cari ildə daha üç rayonda, gələn ildən isə bütün ölkədə icra ediləcəyini bildirib.

Ə.Alam Azərbaycan hökumətinin həyata keçirdiyi bu proqramın, eləcə də aztəminatlı ailələrə aktiv dəstək proqramı olan “Özünədəstək” - birdəfəlik ünvanlı yardım layihəsinin əhəmiyyətindən danışıb və belə layihələrin aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşmasında böyük rol oynadığını deyib.

Görüşdə Dünya Bankı ilə ƏƏSMN arasında ölkəmizdə sosial müdafiə işinin inkişafı sahəsində bundan sonra da yeni layihələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR