Bank Of Baku

Belarus Fövqəladə Hallar Nazirliyinin tədris müəssisələrində 200-dən artıq Azərbaycan vətəndaşı təhsil alır

Belarus Fövqəladə Hallar Nazirliyinin tədris müəssisələrində 200-dən artıq Azərbaycan vətəndaşı təhsil alır
# 25 may 2011 07:51 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Hazırda Belarus Fövqəladə Hallar Nazirliyinin tədris müəssisələrində 200-dən artıq Azərbaycan vətəndaşı təhsil alır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç açıqlama verib. Səfir bildirib ki, tələbələrin təxminən yarısı qiyabi şöbədə təhsil alırlar. Bu il həmin tədris müəssisələrində Azərbaycandan olan tələbələrin ilk buraxılışı olacaq.

Belarusun fövqəladə hallar naziri Vladimir Vaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərini şərh edən səfir qeyd edib ki, iki ölkənin Fövqəladə Hallar Nazirlikləri arasında əməkdaşlığın beş illik tarixi var. O bu əməkdaşlığın aktiv və məhsuldar olduğunu deyib. Səfir nümayəndə heyətinin Azərbaycan FHN-nin müxtəlif birləşmələrinin işi ilə tanış olduğunu, bu nazirliyin iş sisteminin təşkilini yüksək qiymətləndirdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR