Bank Of Baku

Bu ilin ilk 3 ayında Azərbaycanda baş verən istehsal qəzaları zamanı 22 ölüm faktı qeydə alınıb

Bu ilin ilk 3 ayında Azərbaycanda baş verən istehsal qəzaları zamanı 22 ölüm faktı qeydə alınıb
# 25 may 2011 08:54 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsini icra edən Rauf Tağıyev Əmək Müfəttişliklərinin Regional Alyansına üzv ölkələrin əmək müfəttişləri üçün keçirdiyi təlim-seminarda bildirib.

Onun sözlərinə görə, həyata keçirilən dövlət nəzarəti nəticəsində işçilərə ödənilməli olan 448 849 manat vəsaitin onlara qaytarılması təmin edilib.

R.Tağıyev qeyd edib ki, bu ilin ilk 4 ayında ötən ilin müvafiq dövrünə nisbətən əmək prosesində baş verən qəzaların sayı və acınacaqlılıq dərəcəsi çox olub. Bu ilin aprel ayında istehsal prosesində 24 bədbəxt hadisə baş verib ki, bunun da ikisi ölümlə nəticələnib. Ümumiyyətlə, bu ilin ilk 3 ayında isə belə hadisələr zamanı 22 ölüm faktı qeydə alınıb. Tikinti sektorunda ölüm hadisələrinin sayının artması onların çoxunda fərdi mühafizə hadisələrinin olmaması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR