Bank Of Baku

DİN əməkdaşları “Son zəng” günü gücləndirilmiş iş rejimində çalışmayacaqlar

DİN əməkdaşları “Son zəng” günü gücləndirilmiş iş rejimində çalışmayacaqlar
# 25 may 2011 09:00 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib. O, qeyd edib ki, daxili işlər orqanlarının əməkdaşları mayın 31-də adi iş rejimində çalışacaq və “Son zəng” iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə sayıqlığı bir qədər də artıracaqlar: “Baş verə biləcək hər hansı xoşagəlməz halların qarşısını almaq, tədbir iştirakçılarının rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə daxili işlər orqanları əməkdaşları tərəfindən lazımi tədbirlər həyata keçiriləcək”.

Qeyd edək ki, Azərbaycanın təhsil naziri Misir Mərdanov “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən “Son zəng” tədbiri 31 may 2011-ci il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisələrinin ərazisində keçirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR