Bank Of Baku

Bakıda “İKT Modeli” layihəsi çərçivəsində keçirilən “İKT Sammiti Modeli” başa çatıb

Bakıda “İKT Modeli” layihəsi çərçivəsində keçirilən “İKT Sammiti Modeli” başa çatıb
# 25 may 2011 09:38 (UTC +04:00)
Bakı – APA. Bakıda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşəbbüsü, Azərbaycan Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Diplomatik Akademiyası və Bakı Dövlət Universitetinin dəstəyi ilə “İKT Modeli” layihəsi çərçivəsində dünyada ilk dəfə olarq “İKT Sammiti Modeli” keçirilib. İKGF katibliyindən APA-ya verilən məlumata görə, sammitdə layihənin iştirakçısı olan dinləyici tələbələr İKT üzv-dövlətlərini təmsil edən işçi qruplara bölünərək beynəlxalq münasibətlərin aktual problemləri haqqında müzakirələrə qatılıblar və böhranların aradan qaldırılması ilə bağlı təkliflərlə çıxış ediblər. Hərtərəfli debatlardan sonra işçi qrupların mövqeləri nəzərə alınmaqla İKT regionunda böhranların həll edilməsi və sivilizasiyalararası dialoq sahəsi ilə bağlı təkliflərin əks olunduğu yekun sənəd qəbul edilib.

“İKT Sammiti Modelin”də fəallığı ilə seçilən tələbələr xüsusi hədiyyə ilə təltif olunub və iyul ayında İstanbulda keçiriləcək “İKT Modeli” adlı beynəlxalq forumda iştirak hüququ qazanıblar.

İKT Modeli Proqramı ilk dəfə olaraq Azərbaycanda həyata keçirilir və gələcəkdə onun İKT-nin bütün üzv-ölkələrində həyata keçirilməsi planlaşdırılır. Bu proqramın məhz Azərbaycanda ilk dəfə olaraq reallaşması və digər ölkələrdə “İKT modeli” üzrə məhz Azərbaycan milli layihəsinin əsas götürülməsi diqqəti çəkən məqamlardan biridir. Bu il aprelin 1-dən start verilən layihənin birinci mərhələsində Bakı ali məktəblərinin 130-dan artıq tələbəsi 6 həftə ərzində İKT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyaları ilə tanış olublar.

İKT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, səfirlik əməkdaşları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri müvafiq mövzular üzrə tələbələrə 12 mühazirə oxuyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR