Bank Of Baku

Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməyən məqamlarına aid yeni sənədlər toplusu hazırlayıb

Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməyən məqamlarına aid yeni sənədlər toplusu hazırlayıb
# 25 may 2011 09:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməyən məqamlarına aid yeni sənədlər toplusu hazırlayıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib. O bildirib ki, institut Böyük Britaniya, Fransa, Hindistan, Rusiya və Türkiyə arxivlərindən sənədlər gətirib: “Yaxın vaxtlarda cümhuriyyət dövrünün öyrənilməmiş məsələləri bu sənədlər toplusu vasitəsilə Azərbaycan xalqına təqdim olunacaq. Bu sənədlər ingilis, fransız, rus dillərində də çap olunacaq. Beləliklə, cümhuriyyət dövrünün öyrənilməmiş məqamları qalmayacaq”.

Y. Mahmudovun sözlərinə görə, Tarix İnstitutu tərəfindən ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətləri özündə əks etdirən 4 cildlik “Azərbaycan xalqının soyqırımı” adlı sənədlər toplusu hazırlanıb. Yaxın günlərdə toplunun təqdimatı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR