Bank Of Baku

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu işğal altında olan Laçın rayonu ərazisində ermənilərin tapdığı qədim abidənin Azərbaycana məxsusluğu ilə bağlı məsələ qaldıracaq

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu işğal altında olan Laçın rayonu ərazisində ermənilərin tapdığı qədim abidənin Azərbaycana məxsusluğu ilə bağlı məsələ qaldıracaq
# 25 may 2011 10:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında institutun direktoru Maisə Rəhimova bildirib. Direktor deyib ki, işğal olunmuş ərazilərdəki bütün abidələr, o cümlədən Laçında tapılan abidə də Azərbaycan məxsusdur: “Laçın işğal altında olduğundan orada arxeoloji qazıntılar aparmaq mümkün deyil”.

M. Rəhimovanın sözlərinə görə, institut AMEA Rəyasət Heyətinə müraciət edəcək: “Rəyasət Heyəti də yuxarı instansiyalar qarşısında məsələ qaldıracaq. Bundan sonra beynəlxalq qurumlara müraciət məsələsinə baxıla bilər”.

M. Rəhimova deyib ki, Qarabağın yarıdan çoxu işğal altındadır: “Ermənilər orada bizim arxeoloji abidələri dağıdırlar, sonra yeni abidələr taparaq özlərinə məxsus olduğunu deyirlər. Buna görə də biz Qarabağın işğal olunmayan ərazilərinə ekspedisiyalar göndərəcəyik”.

İnstitut direktorunun sözlərinə görə, bu il Qarabağda 3 arxeoloji abidədə qazıntılar aparılacaq: “Ağcabədinin Kamiltəpə deyilən ərazisində almanlarla birgə işləyirik. Xarici ölkələrin bizim qazıntılara çox böyük marağı var. Ağdam rayonunda kəşfiyyat xarakterli qazıntılar aparılacaq”. Bu il Qarabağ ərazisində arxeoloji qazıntılara daha çox üstünlük veriləcək.

M. Rəhimova onu da qeyd edib ki, iyunun 1-dən Azərbaycanın 40-a yaxın rayonunda arxeoloji ekspedisiyalara start veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR