Bank Of Baku

Bakı ətrafında fəaliyyət göstərən daş karxanalarının yarıdan çoxu işçilərini icbari sığortaya cəlb edib

Bakı ətrafında fəaliyyət göstərən daş karxanalarının yarıdan çoxu işçilərini icbari sığortaya cəlb edib
# 25 may 2011 10:40 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA-Economics. “Əməyin mühafizəsi məsələsində sosial tərəfdaşların - qeyri-hökumət təşkilatlarının və müstəqil media nümayəndələrinin cəlb edilməsi yolu ilə xüsusi sosial şura yaradılacaq”. “APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsini icra edən Rauf Tağıyev bildirib.

R.Tağıyev qeyd edib ki, işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin həmin şura ilə birlikdə həyata keçirilməsi, əldə olunmuş nəticələrin birgə müzakirəsi və bununla bağlı qərarların qəbulu nəzərdə tutulur: “Əmək Müfəttişliyi sahəsində beynəlxalq konversiyalarda belə şuranın yaradılması nəzərdə tutulur. Bizdə yaradılacaq şurada geniş ictimaiyyətin iştirakı imkan verəcək ki, əməyin mühafizəsi məsələlərinə diqqət artırılsın. Başlıca vəzifəmiz işəgötürənlərin işçilər üçün normal əmək şəraiti yaratmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmininə və əmək hüquqlarına əməl olunmasına nail olmaqdır”.

Dövlət nəzarətinin həyata keçirildiyi bütün müəssisə və təşkilatlarda işçilərin icbari sığortaya cəlbi ilə bağlı məlumat verən R.Tağıyev bildirib ki, bu sahədə aparılan təbliğat işləri artıq öz nəticələrini verir: “Hazırda Bakı ətrafında fəaliyyət göstərən daş karxanalarının 50%-dən çoxu işçilərini icbari sığortaya cəlb edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR