Bank Of Baku

AMEA doktorantlarının elmi konfransı keçirilib

AMEA doktorantlarının elmi konfransı keçirilib
# 25 may 2011 11:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA doktorantlarının elmi konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov bildirib ki, akademiyanın ümumi illik yığıncağında ölkə prezidentinin iştirakı və AMEA ilə bağlı dalbadal verilən mühüm qərarlar təkcə gənclərin yox, onlara rəhbərlik edən alimlərin də qarşısında mühüm vəzifələr qoyub.

A. Həşimovun sözlərinə görə, “Təhsil haqqında” qanunun qəbulundan sonra doktoranturanın yaranması və qəbul qaydaları təsdiq olunub. Doktoranturaya qəbulu həyata keçirmək isə AMEA-ya həvalə olunub: “AMEA-nın rəyi olmadan heç bir təşkilatda doktorantura yaradıla bilməz. Bütün bunlar AMEA ilə razılaşdırılmış şəkildə Nazirlər Kabineti tərəfindən həyata keçirilir”.

A. Həşimov bildirib ki, bu ilin sentyabr ayında doktoranturaya sənəd qəbulu elan ediləcək, oktyabr ayında isə qəbul keçiriləcək. Doktoranturaya qəbul imtahanlarının bir hissəsi - xarici dildən və fəlsəfədən imtahanlar AMEA-da keçiriləcək. Bununla əlaqədar olaraq, AMEA-nın xarici dillər kafedrasının və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun tədris imtahan planları təsdiq olunmaq üçün Rəyasət Heyətinin müzakirəsinə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR