Bank Of Baku

Azərbaycan paytaxtında yağmursuz hava şəraiti davam edəcək

Azərbaycan paytaxtında yağmursuz hava şəraiti davam edəcək
# 25 may 2011 11:38 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. Bakıda və Abşeron yarımadasında mayın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Mayın 27-də isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyinin axşama doğru arabir güclənəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 13-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

Mayın 26-da Azərbaycanın rayonlarında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimal edilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır.

Mayın 27-də bölgələrdə gün ərzində hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti, dağlarda isə gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR