Bank Of Baku

Ötən il AMEA-da 27 elmlər doktoru, 121 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub

Ötən il AMEA-da 27 elmlər doktoru, 121 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub
# 25 may 2011 11:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Ötən il Azərbaycan Milli Elmlər Akademiyasında 27 elmlər doktoru, 121 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub”. APA-nın məlumatına görə, bunu AMEA doktorantlarının elmi konfransında çıxış edən AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. O deyib ki, hazırda AMEA strukturunda 5000 nəfərə yaxın elmi işçi çalışır. Bunlardan 545 nəfəri elmlər doktoru, 2116 nəfəri isə fəlsəfə doktoru, elmlər namizədidir. Hazırda AMEA-da 221 nəfər fəlsəfə doktoru proqramı üzrə çalışan doktorant var. Onlardan 163 nəfəri əyani, 58 nəfəri qiyabi şöbədədir. AMEA-nın 947 dissertantından 420 nəfəri xarici vətəndaşdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR