Bank Of Baku

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin I ümumrespublika forumu keçiriləcək

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin I ümumrespublika forumu keçiriləcək
# 25 may 2011 12:15 (UTC +04:00)
Bakı-APA. Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanda Təhsil alan Əcnəbi Tələbələrin I Ümumrespublika Forumu keçirəcək. BBTK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun sədri Aysəba Mirzəyeva bildirib ki, tədbir Şuranın dəstək verdiyi “Azərbaycanda Təhsil alan Əcnəbi Tələbələrin I Ümumrespublika Forumu” adlı layihə çərçivəsində keçiriləcək. A. Mirzəyeva forumun keçirilməsində məqsədin Azərbaycanda olan əcnəbi tələbələrin davamlı birliyini təmin etmək, müvəqqəti Azərbaycan sakini olan çoxlu sayda əcnəbi gəncə Azərbaycan dövlətinin verdiyi önəmi vurğulamaq olduğunu deyib.
Tədbir mayın 31-də keçiriləcək. Forumda Azərbaycanın dövlət və özəl universitetlərində təhsil alan əcnəbi tələbələr, eləcə də ölkədə könüllü xidmət göstərən Avropa və Amerikalı gənclərin iştirak edəcəklərini deyib. 6 saat davam edəcək tədbir iki - rəsmi və bədii hissədən ibarət olacaq. Tədbirin sonunda yekun bəyannamənin qəbul olunması da gözlənilir.

BBTK Beynəlxalq Avrasiya Mətbuat Fondunda könüllü çalışan bir qrup gənc tərəfindən 2007-ci ildə yaradılıb və Ədliyyə Nazirliyində qeydiyyata alınıb. BBTK tələbə mübadiləsini təmin edən və Avropanın əsas tələbə şəbəkələrindən olan ERASMUS-un üzvüdür.

Tədbirə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası dəstək verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR