Bank Of Baku

Azərbaycanda “Qaçqın” vəsiqəsinin və ya “Yol” sənədinin verilməsinə görə rüsum 5 manat ola bilər

Azərbaycanda “Qaçqın” vəsiqəsinin və ya “Yol” sənədinin verilməsinə görə rüsum 5 manat ola bilər
# 25 may 2011 12:20 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA-Economics. Azərbaycanda qaçqın statusu almış şəxslərə “Qaçqın” vəsiqəsinin və ya “Yol” sənədinin verilməsinə görə rüsumun 5 manat məbləğində müəyyənləşdirilməsi təklif edilir.

APA-Economics”in xəbərinə görə, bu təklif “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində irəli sürülüb.

İclasda qeyd olunub ki, dəyişiklik Ermənistandan və Dağlıq Qarabağdan qaçqın və məcburi köçkün düşmüş vətəndaşlara deyil, üçüncü ölkədən olan qaçqınlara aiddir.

Layihə Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub və parlamentin sessiyasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR