Bank Of Baku

Təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı səfiri və Oslo Universitetinin professorunu qəbul edib

Təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı səfiri və Oslo Universitetinin professorunu qəbul edib
# 25 may 2011 14:09 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Şönsberq və Oslo Universitetinin professoru Vibeke Roggenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Mərdanov ikitərəfli əlaqələrin səmərəliliyinin artırılması baxımından birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Dillər Universiteti (ADU) ilə Oslo Universiteti arasında yaradılmış əməkdaşlıqdan söz açan nazir ADU-da həyata keçirilən pilot layihənin əhatə dairəsinin daha da genişləndirilməsi təklifini irəli sürüb.

Azərbaycanın 2005-ci ildə Norveç Krallığının Bergen şəhərində keçirilmiş konfransda Boloniya prosesinə qoşulduğunu xatırladan nazir bu layihənin də Boloniya prinsiplərinin tətbiqi ilə sıx bağlı olduğunu deyib.

Səfir E. Şönsberq də ADU ilə Oslo Universiteti arasındakı əməkdaşlıq layihəsi çərçivəsində görülən işlərdən razı qaldıqlarını bildirib. V. Rogger isə layihə çərçivəsində müəllimlər üçün kurslar təşkil edilməsi, təhsil alanların müstəqil işləmək bacarığının inkişaf etdirilməsi və skandinaviyaşünaslıq ixtisası üzrə lazımi mənbələrin Azərbaycan dilinə tərcümə olunması məsələləri barədə fikirlərini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR