Bank Of Baku

Dermatovenerologiya və ftiziatriya ixtisasları üzrə imtahanların nəticələri açıqlanıb

Dermatovenerologiya və ftiziatriya ixtisasları üzrə imtahanların nəticələri açıqlanıb
# 25 may 2011 14:59 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 25-də dermatovenerologiya və ftiziatriya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 26 həkim iştirak edib. İştirakçılardan 3 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 24 nəfər uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları iyunun 1-də yoluxucu xəstəliklər və stomatologiya ixtisasları üzrə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR