Bank Of Baku

Şamaxı rayonu ərazisində yerləşən Gülüstan qalasında arxeoloji qazıntılara başlanacaq - FOTO

Şamaxı rayonu ərazisində yerləşən Gülüstan qalasında arxeoloji qazıntılara başlanacaq - <font color=red>FOTO</font>
# 25 may 2011 15:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu ilin iyun ayından başlayaraq, Azərbaycanın Şamaxı rayonu ərazisində yerləşən Gülüstan qalasında arxeoloji qazıntılara başlayacaq. Bu barədə APA-ya Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri, tarix elmləri namizədi Akif Quliyev məlumat verib. O bildirib ki, 2011-ci ilin “Turizm ili” elan olunması səbəbindən, institut respublikanın müxtəlif bölgələrində genişmiqyaslı arxeoloji tədqiqat işlərinə başlayacaq: “Həmin bölgələrdən biri də Azərbaycanın qədim elm və mədəniyyət beşiyi olan Şamaxı şəhəridir. Bu ilin iyun ayından etibarən Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonu ərazisində yerləşən Gülüstan qalasında arxeoloji qazıntılara başlayacaq”. Qazıntıya Akif Quliyev rəhbərlik edəcək.
Gülüstan qalası VIII – XII əsrlərə aid memarlıq abidəsidir və Azərbaycan dövlətçilik tarixində özünəməxsus yerə malik olan Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından biri olub. Qala XII - XIII əsrlərdə köklü şəkildə yenidən qurulub və möhkəmləndirilib. Qalanın yerləşdiyi ərazi gözəl təbii şəraitə malik olduğundan “Gülüstan” adlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR