Bank Of Baku

AMEA Tarix İnstitutunun elektron portalı istifadəyə verilib

AMEA Tarix İnstitutunun elektron portalı istifadəyə verilib
# 26 may 2011 09:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elektron portalı - www.tarix.gov.az (www.istoriya.az) fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, elektron portalın təqdimat mərasimində çıxış edən institutun direktoru Yaqub Mahmudov bildirib ki, portalın fəaliyyətə başlaması ermənilərin işğalçılıq siyasətinə qarşı ciddi müqavimət vasitəsi olacaq: “Portalın əhəmiyyəti ermənilərin Cənubi Qafqazda ən qədim xalq olması ilə bağlı uydurmaları ifşa etmək olacaq. Halbuki ermənilərin bu əraziyə köçürülmələrinin 180-200 tarixi var. Cənubi Qafqazın ən qədim əhalisi azərbaycanlılardır”.

Onun sözlərinə görə, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək portal Azərbaycanın 5 min illik dövlətçilik tarixini özündə əks etdirəcək. Azərbaycanın bütün qədim xəritələri, Tarix İnstitutunun çap etdirdiyi 80-ə qədər ədəbiyyat da portala daxil edilib.

Y. Mahmudov deyib ki, portalda İrəvan xanlığının tarixinə xüsusi diqqət ayrılacaq: “Bu ərazidə erməni dövləti ilk dəfə 1918-ci il mayın 29-da yaradılıb. Azərbaycanın istiqlaliyyətindən sonra cümhuriyyət xadimləri beynəlxalq təzyiqə davam gətirməyib, İrəvanı və ətrafında olan 9,5 min kvadrat kilometr ərazini ermənilərə veriblər ki, soyqırımı dayandırsınlar. Ermənilər bu günədək işğalı davam etdirirlər. Onlar bütün dünyaya Qarabağda ən qədim əhali kimi öz müqəddəratlarını təyin etmək hüququna sahib olmaları barədə car çəkirlər. Portal onların bütün uydurma siyasətini ifşa edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR