Bank Of Baku

Astarada şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni yaşayış binasının açılışı olub

Astarada şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni yaşayış binasının açılışı olub
# 26 may 2011 11:47 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astara şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni yaşayış binası istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, 4 mərtəbəli, 16 mənzilli yaşayış binasının açılış mərasimində Astara rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə, müəssisə və təşkilatların nümayəndələri, yeni inşa edilən binada mənzil alan şəhid ailələri və Qarabağ əlilləri iştirak ediblər.

Tədbirdə çıxış edən nazir F. Ələkbərov yeni mənzil alan sakinləri təbrik edərək bildirib ki, indiyədək ölkə üzrə 4000-dən çox şəhid ailəsi və Qarabağ müharibəsi əlili yeni mənzillə təmin olunub. Təkcə 2010-cu ildə 715 mənzil, o cümlədən 200 fərdi yaşayış evi inşa olunaraq bu kateqoriyadan olan ailələrə verilib.

Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları mənzillərlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR