Bank Of Baku

Mahmud Kərimov: “ARDNŞ-nin Elm Fondu elm sahəsindəki problemlərin həlli üçün böyük dəstək olacaq”

Mahmud Kərimov: “ARDNŞ-nin Elm Fondu elm sahəsindəki problemlərin həlli üçün böyük dəstək olacaq”
# 26 may 2011 12:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “AMEA ilə ARDNŞ arasında imzalanmış memorandumu yüksək qiymətləndirirəm”. “APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında AMEA prezidenti Mahmud Kərimov bildirib.

Onun sözlərinə görə, arasında ARDNŞ və AMEA arasında imzalanmış “ARDNŞ-da “Elm Fondu”nun təsis edilməsi haqqında” Anlaşma Memorandumu ikitərəfli əməkdaşlığa təkan verəcək.

“Bu bizim gələcək əməkdaşlığımızı təmin edən yeni bir sənəddir. Əvvəllər də belə cəhd göstərilirdi, amma müəyyən səbəblərdən bu baş tutmurdu. Bu gün isə bu artıq imzalandı və bundan sonra ikitərəfli çox faydalı əməkdaşlıq olacaq” - deyə M.Kərimov qeyd edib.

AMEA prezidentinin əlavə edib ki, elm sahəsində çalışan alimlərin neft sənayesi üçün lazım olan istiqamətlərdə tədqiqatları gücləndirməsi, gənc alimlərə yardım proqramları, onların müxtəlif layihələrinin maliyyələşdirilməsi və ümumiyyətlə, elm sahəsindəki problemlərin həlli üçün ARDNŞ-nin Elm Fondu böyük dəstək olacaq: “Gələcəkdə zərurət olsa, yeni elmi müəssisələr, laboratoriyalar da yaradıla bilər. Əsas odur ki, mühüm addım atıldı. Bu təklifi dəstəklədiyi üçün ARDNŞ rəhbərliyinə çox minnətdarıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR